
Bakı. Trend:
Azərbaycan Ərəb Koordinasiya Qrupuna daxil olan institutlarla
iqtisadi inteqrasiyanın dərinləşdirilməsi imkanlarını müzakirə
edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Bakıda Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi
Masasında Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli
əməkdaşlığını vurğuladıq.Tədbir çərçivəsində regionun iqtisadi
mənzərəsini yenidən formalaşdıran sərmayə imkanları, işğaldan azad
edilmiş ərazilərimizin investisiya potensialı, strateji
infrastruktur layihələri və birgə maliyyələşmə perspektivləri
barədə müzakirələr apardıq. Dayanıqlı inkişafın təmin olunması,
iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ortaq rifahın təşviqi
istiqamətində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd
etdik”, – paylaşımda qeyd edilib.

