Dünyada ən çox qızıl alan mərkəzi banklar məlum olub

Baş səhifə

Bakı. Trend:

Dünyanın mərkəzi bankları cari ilin sentybar ayında 39 tona
yaxın qızıl alıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ümumdünya Qızıl Şurasının (WGC )dərc
etdiyi məlumatlar əks etdirir.

Məlumata görə, sentyabrda ən fəal qızıl alışını həyata keçirən
tənzimləyicilər Braziliya (+15 ton), Rusiya (+3 ton), Qvatemala (+6
ton), Qazaxıstan (+8 ton) mərkəzi bankları olub. Türkiyə, Çin,
Çexiya və Qananın mərkəzi bankları isə öz qızıl ehtiyatlarını 1-2
tona qədər artırıb.




Sentyabrda qızıl satan yeganə ölkə Mərkəzi Bankı Özbəkistan olub
– satışın həcmi 4 ton təşkil edib.

Sentyabr ayında dünya üzrə qızılın xalis alışı 200 ton olub ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.