PSJ-nin futbolçusu Avropada ilin ən yaxşısı seçildi

Baş səhifə

Bakı. Trend:

Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən “Golden Boy”
mükafatının qalibi müəyyənləşib.

Trend xəbər verir ki, PSJ-də
çıxış edən Dezire Due mükafatın qalibi olub. Bu barədə mükafatın
təsisçisi olan “Tuttosport” nəşri məlumat yayıb.




Fransa millisinin üzvü olan 20 yaşlı vinger ötən mövsüm PSJ-nin
heyətində bütünn turnirlərdə meydana çıxdığı 61 rəsmi matçda 16 qol
və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Due Paris təmsilçisi ilə
Liqa 1 və Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Golden Boy” mükafatını ötən il “Barselona” və
İspaniya millisinin üzvü Lamin Yamal qazanıb.