
Bakı. Trend:
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət
başlayıb.
Trend-in anım
tədbirindəki müxbiri xəbər verir ki, dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları Zəfər Parkını ziyarət ediblər.
Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edir.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsi 44 gün davam edib. Müharibə nəticəsində Azərbaycanın
işğal altında olan əraziləri azad edilib.

