
Kəlbəcər. Trend:
Kəlbəcərdə baş verən qəza zamanı ölənlərin kimliyi məlum
olub.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə baş verən qəza zamanı həyatını itirən
şəxslərin Tural İsmayılov, Vüsal Məhərrəmov, Elvin İsmayılov olduğu
bildirilir.
Faktla bağlı araşdırma başlanıb hadisənin baş vermə səbəbi
araşdırılır
xxx
20:51
Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat
hadisəsi baş verib.
Trend xəbər verir
ki, hadisə rayonun dağlıq hissəsində qeydə alınıb.
İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili hərəkətdə
olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər hadisə
yerində həyatını itirib.
Hazırda həlak olan şəxslərin kimliyi müəyyənləşdirilir. Faktla
bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri, o cümlədən yol şəraiti və texniki
nasazlıq ehtimalları araşdırılır.

