
Bakı. Trend:
Bu ilin oktyabr ayında Android əməliyyat sisteminin Azərbaycan
bazarındakı payı əvvəlki aya nisbətən 5,72 faiz bəndi azalaraq
38,44 faiz təşkil edib.
Trend bu
barədə Global Stats statistika mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, Microsoft Windows məhsulları Azərbaycan əməliyyat
sistemi bazarında ikinci yeri tutub və onların payı bu ilin
sentyabr ayı ilə müqayisədə 2 faiz bəndi artaraq 38,86 faizə
çatıb.
iOS 14,75 faiz bazar payı ilə üçüncü yerdədir. Ölkədəki bazar
payı iyul ayında bu ilin sentyabr ayı ilə müqayisədə 0,1 faiz
azalıb.
Qalan əməliyyat sistemlərinin payı aşağıdakı kimi paylanıb: OS X
– 6,55 faiz, Linux – 1,38 faiz və Unknown – 5,29 faiz.

