Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Nigeriyadakı
əməliyyatda iştirak edə biləcəyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Florida
ştatının Palm Biç şəhərindən Vaşinqtona uçan təyyarəsində
jurnalistlərə deyib.
“Hər şey mümkündür, çox şey təsəvvür edə bilirəm”, – deyə o,
Amerika liderinin ABŞ qüvvələrinin Nigeriyada iştirak edə
biləcəyini nəzərdə tutub-tutmadığı ilə bağlı suala cavab olaraq
bildirib.
“Onlar xristianları çoxlu sayda öldürürlər. Biz buna yol
verməyəcəyik”, – deyə D.Tramp əlavə edib.

