Türkiyə və Azərbaycan arasında müəyyənləşdirilən ticarət hədəfinə asanlıqla çata bilərik – İSO rəhbəri

Baş səhifə

Bakı. Trend:

Türkiyə və Azərbaycan liderləri tərəfindən müəyyənləşdirilən 15
milyard dollarlıq ticarət hədəfinə asanlıqla çatacağımıza
inanıram.

Trend xəbər
verir ki, bunu İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin
sədri Erdal Bahçıvan Türkiyə iş adamlarının Bakıda keçirilən biznes
görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.




“Hətta qarşılıqlı investisiyalar və üçüncü ölkələrə yönəlmiş
ortaq strategiyalarla bu rəqəmin çox daha yüksək səviyyələrə
qalxması mümkündür. Bu baxımdan türk sənayeçiləri və investorları
regionda yaranan fürsətləri düzgün dəyərləndirməlidirlər”, – o
bildirib.