Arvadının saçını keçəl edən Tamerlan barədə qərar verildi

Baş səhifə

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçək etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.

T.Məmmədov əzab vermə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. O, polis tərəfindən saxlanılmışdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.