Avropa və Kanada müdafiə xərclərini 250 milyard dollar artıracaq – Rütte

Baş səhifə

Bakı. Trend:

Kanada və Avropa ölkələri yaxın iki il ərzində əlavə olaraq
müdafiə ehtiyacları üçün 250 milyard dollar xərcləyəcək.

Bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib.

“Avropalılar yüksək templərlə güclənirlər, buna görə də iki il
ərzində Kanada və Avropadan müdafiə ehtiyacları üçün 250 milyard
məbləğində əlavə xərcləri görəcəyik”, – deyə o, The Wall Street
Journal qəzetinə müsahibəsində bildirib.




Rüttenin sözlərinə görə, 7-8 iyul tarixlərində Ankadara
keçiriləcək qarşıdakı Şimali Atlantika Alyansı sammitinin əsas
mövzusu bir il əvvəl verilmiş vədlərin həyata keçirilməsi
olacaq.

“Bir il əvvəl Haaqadakı sammit vədlərə həsr olunmuşdu. Bu sammit
isə maliyyələşdirmə, müdafiə sənayesinin istehsal həcmləri və
Ukraynaya dəstək baxımından həmin vədlərin həyata keçirilməsinə
həsr ediləcək”, – deyə baş katib qeyd edib.