Braziliyada yarasalarda yeni koronavirus növü tapılıb

Baş səhifə

Bakı. Trend:

Braziliyada yarasalarda aşkarlanan yeni koronavirusu
Rospotrebnadzor izləyir, insanlara ötürülmə riski isə aşağı
qiymətləndirilir.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Braziliya alimləri həşərat yeyən yarasalarda yeni
koronavirus növü – BRZ batCoV aşkar ediblər. Genetik analiz onun
COVID-19-a səbəb olan patogenləri özündə birləşdirən
beta-koronavirus cinsinə aid olduğunu müəyyən edib.




Braziliyalı tədqiqatçılar vurğulayırlar ki, hazırda yeni virusun
insanlar üçün təhlükə yaratdığına dair heç bir dəlil yoxdur.

Bundan əlavə, bu genetik xüsusiyyət əvvəllər Amerika qitəsindən
olan yarasa koronaviruslarında aşkar edilməyib ki, bu da onun
müstəqil olaraq Cənubi Amerikada yarandığını göstərir.