Dənizin ortasında süni şəlalə salınır

Baş səhifə

Madaqaskarın rəmzi hesab olunan baobab ağacından ilhamlanaraq hazırlanan müasir layihə təmiz enerji istehsalında yeni dövrün qapılarını açmağa hazırlaşır.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, “Baobab Şəlaləsi” adlanan bu unikal konsepsiya dəniz sularının üzərində qurulacaq nəhəng dairəvi platformadan ibarətdir. Ənənəvi su elektrik stansiyalarından fərqli olaraq, bu sistem dəniz suyunu süni şəlalələr vasitəsilə platformanın altındakı xüsusi turbinlərə yönəldərək tamamilə ekoloji cəhətdən təmiz və pulsuz elektrik enerjisi əldə etməyi hədəfləyir. Memar Əhməd Eqtesad, Məhəmməd Ağayi və Nəstəran Fazelidən ibarət komandanın imza atdığı bu layihə regional enerji böhranına yaradıcı həll yolu təklif edir.

Milyonlarla insanın hələ də elektrik enerjisindən məhrum olduğu Madaqaskarda bu müasir tikili təkcə enerji istehsalı ilə məhdudlaşmayacaq. Çoxfunksiyalı ekosistem kimi planlaşdırılan platformanın mərkəzində şəffaf istixanalar, kənd təsərrüfatı zonaları, təhsil mərkəzləri və sosial reabilitasiya sahələri yer alacaq. Memarlıq vizyonu olaraq böyük maraq doğuran layihənin gələcəkdə həm də davamlı turizm mərkəzinə çevrilməsi nəzərdə tutulur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.