Aİ uşaqları sosial şəbəkələrdən ayırmağa hazırlaşır

Baş səhifə

Bakı.Trend:

Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqı
səviyyəsində uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa
tətbiq edilməsi planlarını açıqlamağa hazırlaşır.

Bu barədə Euractiv məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, fon der Lyayen bu
təşəbbüsdən sentyabrın 16-da edəcəyi illik müraciəti zamanı bəhs
edəcək.

Avropa Komissiyasındakı mənbənin sözlərinə görə, belə bir qadağa
üçün hüquqi baza hələ hazırlanmayıb.




Euractiv qeyd edir ki, hazırda sosial şəbəkələrə giriş üçün
yetkinlik yaşına çatmayanlar arasında hansı minimum yaş həddinin
müəyyən ediləcəyi, eləcə də qadağaya nəzarətin necə həyata
keçiriləcəyi məlum deyil. Aİ ölkələrində bu məqsədlə müxtəlif
mexanizmlər təklif olunur — valideyn razılığından tutmuş yaşın
təsdiqlənməsi texnologiyalarının tətbiqinədək.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası üzv
dövlətlərin qanunvericilikləri bu məsələdə bir-birindən həddindən
artıq fərqlənməzdən əvvəl bütün Aİ üçün vahid qaydaların qəbulunu
sürətləndirməyə çalışır.

Avstraliya 2024-cü ildə dünyada ilk dəfə olaraq 16 yaşdan kiçik
uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu
qəbul edib. Oxşar məhdudiyyətlərin Böyük Britaniyada da tətbiqi
nəzərdə tutulur.

Uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə
bağlı tədbirlər Fransa və İspaniya da daxil olmaqla bir sıra Aİ
ölkələrində də müzakirə olunur.