Küveyt neft hasilatını sutkada 2 milyon barelə çatdırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Küveyt Hörmüz boğazının açılmasından sonra bir həftə ərzində
neft hasilatını gündə 2 milyon barelə çatdırmağı planlaşdırır.

Bu barədə Küveyt Neft Korporasiyasının (KPC) baş direktoru Şeyx
Nəvaf əs-Sabah “Bloomberg” agentliyinə müsahibəsində bildirib.




“Bir həftə ərzində gündə 2 milyon bareli keçməyi gözləyirik.
Beynəlxalq ticarət gəmilərinin Küveyt limanlarına lövbər salması
şərtilə, bir neçə həftə ərzində müharibədən əvvəlki istehsal
səviyyələrinə qayıda bilərik”, – deyə o bildirib.

Əs-Sabahın sözlərinə görə, əmirlik zədələnmiş enerji
infrastrukturunu təmir etmək üçün kifayət qədər iş görüb ki, bu da
ona istehsalı əvvəllər gözləniləndən daha sürətli artırmağa imkan
verir. O, həmçinin münaqişə zamanı verilən bütün fors-major
bildirişlərinin dərhal ləğv edildiyini vurğulayıb.