
Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan
ölənlərin sayı son sutka ərzində daha 6 nəfər artaraq 232-yə
çatıb.
Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoluxanların sayı da 21 nəfər artaraq 896-ya
yüksəlib. Səhiyyə orqanları virusun ölkənin yeni ərazilərinə
yayılması riskinin davam etdiyini bildirirlər.
Qeyd edək ki, hazırkı epidemiya mayın 15-də KDR-in şərqində
başlayıb. Xəstəliyin episentri İturi əyalətidir. Qonşu Uqandada da “Ebola”ya yoluxma və ölüm halları qeydə alınıb.

