İsveçrə millisi dünya çempionatı matçında Bosniya və Herseqovinanı darmadağın edib

Baş səhifə

Bakı. Trend:

İsveçrə milli komandası dünya çempionatının qrup mərhələsinin
ikinci turunda Bosniya və Herseqovina üzərində 4-1 hesablı qələbə
qazanıb.

Görüş ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində baş
tutub.




İsveçrə millisinin heyətində qolları Yohan Manzambi (74-cü və
90-cı dəqiqələr), Ruben Varqas (84-cü dəqiqələr) və Qranit Caka
(90+7, penalti) vurublar. Bosniya komandasından Emin Mahmiç (90+3)
fərqlənib. Bosniyalı müdafiəçi Tarik Muharemoviç 80-ci dəqiqədə
qırmızı vərəqə ilə meydandan qovulub.

B qrupunda İsveçrə dörd xalla birinci yerdədir. Ardınca Kanada,
Bosniya və Herseqovina və Qətər (hər biri 1 xal ilə) gedir.