Göz qapağına geyiminin zəncirbəndi ilişdi –

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bu barədə Metbuat.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.