“İnter” Palestranı transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“İnter” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə
hazırlaşır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya çempionu “Atalanta”dan Marko Palestranı transfer etmək
istəyir.




A Seriyası nəhəngi italiyalı futbolçu ilə şəxsi müqavilənin
şərtlərini razılaşdırıb. “İnter” 21 yaşlı sağ cinah müdafiəçisi
üçün Berqamo klubuna 45+5 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında “Kalyari”də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası
təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4
məhsuldar ötürmə ilə yadda qalıb.