Hollandiyada parlament seçkilərində seçici fəallığı 76,3% olub

Baş səhifə

Bakı. Trend:

Hollandiyada keçirilən parlament seçkilərində son seçici
fəallığı 76,3% təşkil edib.

Trend xəbər verir
ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Məlumata görə, bu göstərici 2023-cü ildəki seçkilərlə müqayisədə
bir qədər aşağıdır — o zaman seçici fəallığı 77,75% olmuşdu.




Oktyabrın 29-da Niderlandda Baş Ştatların yeni İkinci Palatasına
(parlamentin aşağı palatası) növbədənkənar seçkilər keçirilib.

Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün davam edib:
9000-dən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:30-da açılıb
və axşam 21:00-da bağlanıb.

Bundan əlavə, xaricdə səs vermək üçün qeydiyyatdan keçmiş
təxminən 135 min vətəndaş olub ki, bu da 2023-cü ildəki parlament
seçkiləri ilə müqayisədə dörddə bir çoxdur.