Cənubi Koreya ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın gömrük rüsumlarının
azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini
bildirib.

Trend xəbər verir
ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım
edib.




“Cənubi Koreya ABŞ tərəfindən tətbiq edilən tarifləri azaltmaq
üçün 350 milyard dollar ödəməyə razılaşıb. Onlar həmçinin neft və
qazımızı böyük həcmdə almağa razılıq veriblər. Bundan əlavə, Cənubi
Koreyanın varlı şirkətləri və sahibkarları tərəfindən ABŞ-yə
yatırılacaq investisiyanın həcmi 600 milyard dolları ötəcək”, –
deyə Tramp bildirib.

Tramp əlavə edib ki, “ABŞ və Cənubi Koreya arasında hərbi
ittifaq əvvəlkindən daha güclüdür. Buna görə də mən onlara köhnə,
dizel mühərrikli sualtı qayıqları əvəz edəcək nüvə sualtı qayığı
inşa etməyə icazə verdim”.