Bakı. Trend:
Fransada Paris şəhər məhkəməsi iyun ayında ölkədə həbs olunmuş
rusiyalı basketbolçu Danil Kasatkinin ABŞ-yə ekstradisiya olunması
barədə qərar çıxarıb.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə Amerika hökumətinin ekstradisiya ilə
bağlı vəsatətini təmin edib.
Basketbolçu Amerikada “kibercinayətlər” və “elektron dələduzluq”
ittihamları üzrə 25 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, 26 yaşlı Kasatkin iyulun 21-də ABŞ-ın tələbi ilə
Paris hava limanında həbs olunmuşdu.

