Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərindəki Rokuey çimərliyi bağlana bilər.

Bu barədə “FOX News” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, buna səbəb sahilə yaxın hissədə
köpəkbalıqlarının müşahidə edilməsidir.




İyulun 2-də şəhərin ən böyük çimərliyinin yaxınlığında bir neçə
köpəkbalığı peyda olub.

Qeyd edək ki, Nyu-Yorkda son günlər havanın temperaturu 38
dərəcəyə qədər yüksəlib. Yerli hakimiyyət orqanları şəhər daxilində
soyutma mərkəzlərinin açılmasına dair göstəriş verib.