Paşinyan Pezeşkianla görüşüb

Baş səhifə

Bakı.Trend:

İranın Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş
naziri Nikol Paşinyanı qəbul edib.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Keçirilən görüşdə, Pezeşkian Tehranın Ermənistan hökumətinin
yaranmış çətin vəziyyətdə İrana münasibətdə tutduğu mövqeyi, eləcə
də Yerevanın etdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini
bildirib.




O, ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf edəcəyinə
və möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə ikitərəfli münasibətlərdən savayı, regionda sülh,
sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl
addımların atılmasının vacibliyi vurğulanıb, digər aktual
mövzularda fikir mübadiləsi aparılıb.