
Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə İrana
gedib.
Bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat
yayıb.
Tehranın “Mehrabad” beynəlxalq hava limanında Paşinyanı İranın
vitse-prezidenti Seyid Həmid Purməhəmmədi qarşılayıb.
Bu gün Ermənistanın Baş naziri İran İslam Respublikasının ali
rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edəcək.

