
Bakı.Trend:
Tehranda İranın mərhum ali lideri Əli Xameneinin vida mərasimi
başlayıb. Mərasimin ilk günündə xarici nümayəndə heyətlərinin
iştirakı nəzərdə tutulur.
İran KİV-lərinin məlumatına görə, ölkənin Ali Lideri ilə vida
mərasimi iyulun 3-dən 9-dək davam edəcək.
Növbəti gün Xameneinin cənazəsi Tehranın şərqində yerləşən böyük
dini kompleks olan Müsəllaya aparılacaq. Burada İranın bütün
sakinləri Ali Rəhbərlə vidalaşa biləcəklər.
Bundan əlavə, iyulun 6-da Tehranda matəm yürüşünün keçirilməsi
gözlənilir. İyulun 7-də Xameneinin cənazəsi şiə ruhaniləri üçün
müqəddəs şəhər hesab olunan Quma aparılacaq.
İyulun 8-də isə Əli Xameneinin cənazəsin İraqa göndəriləcək və
şiə dünyasında ən ali dini ehtiram əlaməti olaraq Nəcəf və
Kərbəladakı başlıca şiə ziyarətgahlarında matəm mərasimlərinin
keçiriləcəyi gözlənilir
Əli Xameneinin dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində
keçiriləcək

