İtkin şəhid İlham Mehdiyev dəfn edilib

Baş səhifə

Bakı.Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi İlham İmdad oğlu
Mehdiyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində
yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında
dəfn olunub.

Trend xəbər
verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili
İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı,
Sabunçu, Xətai Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, müharibə
veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.




İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə
Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa
tapşırılıb.

Qeyd edək ki, İlham Mehdiyev Birinci Qarabağ müharibəsində itkin
düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün
dəfn olunan dörd şəhiddən biridir.