
Bakı. Trend:
Azərbaycanda oktyabrın 27-də gözlənilən hava şəraiti
açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin 26-dan 27-nə gecə və səhər bəzi yerlərdə yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb
küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 763 millimetr civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85, gündüz 60-70 faiz
olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi
yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 2-7,
gündüz 10-15 dərəcə isti olacaq.

