Bu il Almaniyadan 17 min 651 nəfər deportasiya edilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan 17 min 651 nəfər
deportasiya edilib. Bu, ötən illə müqayisədə təxminən 20 faiz
çoxdur.

Trend xəbər verir ki,
deportasiya olunanların əksəriyyəti Türkiyəyə (1614 nəfər) və
Gürcüstana (1379 nəfər) göndərilib. Ümumilikdə geri göndərilənlərin
3 min 95-i uşaq və yeniyetmə olub.




Qeyd edək ki, Almaniya hökuməti cinayət törətmiş əfqanları da
tezliklə öz ölkələrinə deportasiya etməyi planlaşdırır. Almaniya və
Taliban arasında Əfqanıstana deportasiyalarla bağlı danışıqların
yekun mərhələdə olduğu bildirilir. Almaniyanın daxili işlər naziri
Aleksander Dobrindt danışıqlarda irəliləyişin əldə olunduğunu,
deportasiyaların təkcə çarter reysləri ilə deyil, həm də adi
kommersiya uçuşları ilə həyata keçirilə biləcəyini açıqlayıb.