Almaniyada satışa çıxarılacaq ilk mobil bunker təqdim edilib

Baş səhifə

Bakı. Trend:

Almaniyada ənənəvi tikinti materialları mağazalarında satışa
çıxarılacaq ilk mobil bunker təqdim olunub.

Trend xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, son aylarda Almaniyada özəl bomba sığınacaqlarına
tələbatın artması pərakəndə satış sektorunu da hərəkətə
gətirib.

Yeni bunker prototipi “BSSD Defence” və “Veloform” şirkətləri
tərəfindən hazırlanıb. Sahəsi 16 kvadratmetr olan bu modul qurğu
xarici görünüşcə qaraja bənzəyir. Onun hündürlüyü 2,8 metr, divar
qalınlığı isə 20 santimetrdir.




Bunkerdə insanların bir həftə ərzində çölə çıxmadan yaşaya
bilməsi üçün bütün şərait yaradılıb — tualet, duş, kiçik mətbəx,
dörd qatlanan çarpayı və pəncərə görüntülü ekranlar
quraşdırılıb.

İstehsalçılar bildirirlər ki, bunker dron zərbələrinə və hətta
107 millimetrlik raket hücumlarına tab gətirə bilir.

Tam təchiz olunmuş modulun qiyməti təxminən 150 min avro təşkil
edəcək.