HƏMAS silahı yerə qoymayana qədər İtaliya Fələstini tanımayacaq – Ciorcia Meloni

Baş səhifə

Bakı. Trend:

HƏMAS ölkənin gələcəyində siyasi rolunun olmadığını etiraf edib
silahı yerə qoymayana qədər İtaliya Fələstin Dövlətini
tanımayacaq.

Trend xəbər verir ki, bunu
İtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.




O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə
imzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunu
bildirib.

“Bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütün
vasitəçilərə dərin minnətdarlığımızı bildiririk. Misir, Qətər və
Türkiyə hökumətlərini, xüsusilə bu danılmaz uğura nail olmaq üçün
fövqəladə enerji sərf edən Donald Trampı nəzərdə tuturam. Uzun
müddətdən sonra Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar
olması üçün etibarlı bir imkan var, lakin vəziyyət hələ də
kövrəkdir. Sülh planının məqsədlərinə çatmaq üçün HƏMAS keçid
administrasiyasında və Fələstin Dövlətində heç bir rolunun
olmayacağını qəbul etməli və tərk-silah olmalıdır. Bunlar həm də
İtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkin
şərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib və
hökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır.
İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülh
çırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbii
ki, İtaliya üzərinə düşəni etməyə hazırdır”, – deyə Ciorcia Meloni
vurğulayıb.