Növbəti köç karvanı Xocavəndə və Qırmızı Bazar qəsəbəsinə çatıb (YENİLƏNİB)

Baş səhifə

Xocavənd. Trend:

Xocavəndə növbəti köç prosesi çərçivəsində 18 ailə doğma
yurdlarına çatıb.

Trend-in
Qarabağ bürosunun məlumatına əsasən, Xocavənd şəhərinə 6 ailə (24
nəfər), Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər), Xocavənd
kəndinə isə 6 ailə (20 nəfər) qayıdıb.

Sakinlərə yaşayacaqları mənzillərin açarları təqdim
ediləcək.

xxx
12:20




Növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar
qəsəbəsinə və Xocavənd kəndinə yola düşüb.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, köçürülən ailələr indiyədək
respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya
və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər
olub.

Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı
Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6
ailə olmaqla 20 nəfər köçürülür.

Xəbər yenilənəcək