“Qalatasaray” Çempionlar Liqası matçına ciddi itki ilə çıxacaq

Baş səhifə

“Qalatasaray” UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu
çərçivəsində doğma meydanda “Budo Qlimt”i qəbul edəcək.

Trend xəbər
verir ki, İstanbul təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Müdafiəçi Vilfred Sinqo komandaya kömək edə bilməyəcək. Fil Dişi
Sahili millisinin üzvü ən azı iki həftə yaşıl meydanlardan uzaq
qalacaq.




Qeyd edək ki, “Qalatasaray” – “Budo Qlimt” qarşılaşması sabah
Ali Sami Yen İdman Kompleksində keçiriləcək. Matç Bakı vaxtı ilə
saat 20:45-də start götürəcək.