
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, o, bununla bağlı Feysbuk səhifəsində qısa video paylaşıb.
Tbilisi beynəlxalq hava limanında N.Paşinyanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Cəmilə Babayeva
***
18:17
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana səfərə yola düşüb.
APA “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan 21-22 oktyabr tarixlərində Gürcüstanda işgüzar səfərdə olacaq.
Məlumata görə, Paşinyanın bu gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə görüşü planlaşdırılıb.
Ermənistan Baş naziri 22 oktyabrda Tbilisidə keçiriləcək V “İpək Yolu” Forumunda iştirak edəcək.
İlqar Xudiyev

