Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanıldı

Baş səhifə

Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 49 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 16, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 15 nəfər aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 15,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,9 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana, 4,8 kiloqrama yaxın metamfetamin, həmçinin 1230 ədəd metadon həbi olub.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 13 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 7 tüfəng, 45 patron darağı və 1678 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər də saxlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.