Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

Baş səhifə

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini
həyata keçirib.

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən
ipoteka krediti götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat
etmişdir.

“PAŞA Həyat Sığorta”nın yaydığı məlumatda bildirilir ki, ipoteka
krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 97 min
506 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən
aidiyyəti üzrə ödənilib.




Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürən
şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya
əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu
sığorta şirkəti tərəfindən ödənilir.

Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olan
kredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.