Boliviyada prezident seçkilərinin qalibi müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Boliviya Senatı üzvü Rodriqo Paz ölkədə keçirilən prezident
seçkilərinin ikinci turunda qalib gəlib.

Trend xəbər verir ki, bu
barədə məlumat Cənubi Amerikanın Ali Seçki Tribunalı tərəfindən
açıqlanan rəsmi nəticələrdə yer alıb.




Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi olan Paz
seçicilərin 54,61% səsini qazanaraq rəqiblərini geridə qoyub.

“Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi
ikinci turda prezident seçilməsi münasibətilə təbrik edir və onun
hökumətinə uğurlar arzulayıram”, – deyə hazırkı prezident Luis Arse
“X” sosial platformasında bildirib.