
Sumqayıt şəhərində 43 yaşlı kişi yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün şəhərin 9-cu mikrorayonunda baş verib.
Şəhər sakini 1982-ci il təvəllüdlü Elşən Altay oğlu Kələntərli həmin ərazidə yıxılıb və başı daşa dəyərək ölüb.
Faktla bağlı araşdırma aparılır.

