Bakı. Trend:
Qəzza ilə bağlı sazişin birinci mərhələsinin icrası yekunlaşmaq
üzrədir.
Trend xəbər verir
ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdəl Ati keçirdiyi
brifinqdə deyib.
Qeyd edək ki, oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Qəzza
zolağında müharibənin başa çatdığını elan edib. O, İsrail
knessetində çıxışı zamanı Yaxın Şərqdə terror dövrünün sona
çatdığını və regionun tarixi bir sülhə qədəm qoyduğunu
vurğulayıb.
Həmin gün səhər HƏMAS qruplaşması son israilli girovları azad
edib, qarşı tərəf isə 1966 fələstinli məhbusu sərbəst buraxıb. “Əl
Ərəbiyyə” telekanalının məlumatına görə, HƏMAS Fələstin Milli
Administrasiyası ilə münasibətləri bərpa etməyə hazır olduğunu
bəyan edib.

