İsrail son sutka ərzində Livanda 20 “Hizbullah” yaraqlısını öldürüb

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu son sutka ərzində Livanın cənubunda “Hizbullah”
qruplaşmasına məxsus 20 yaraqlının məhv edildiyini açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat
xidməti məlumat yayıb.




Açıqlamada deyilir: “Son 24 saat ərzində İsrail Müdafiə
Qüvvələri Livanın cənubundakı bir neçə ərazidə “Hizbullah”a məxsus
65 hədəfə zərbə endirib və 20 yaraqlını məhv edib”.

Bildirilib ki, vurulan hədəflər arasında silah anbarları,
müşahidə məntəqələri və komanda mərkəzləri də var.