ABŞ və Çinin İranla bağlı mövqeləri çox oxşardır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ və Çin İrana dair məsələdə mövqeləri bir çox baxımdan
üst-üstə düşür.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Çin sədri
Sin Cinpin ilə görüşü zamanı deyib.




“Biz İranı müzakirə etdik. İranla bağlı oxşar mövqelərimiz var.
Bunun bitməsini istəyirik; onların nüvə silahına sahib olmasını
istəmirik. Hörmüz boğazının açıq olmasını istəyirik”, – deyə o
bildirib.