Bakı. Trend:
Nyu-York Əmtəə Birjasında (NYMEX) və Comex birjasında (NYMEX-in
bölməsi) qiymətli metallara — platin, palladium, qızıl və gümüşə
olan fyuçerslərin qiymətləri 1,17-6,21 faiz arasında azalma nümayiş
etdirib.
Trend-in məlumatınag görə, bu barədə ticarət platformasından
bildirilib.
Məlumata əsasən, NYMEX-də 2026-cı ilin iyun ayında tədarük
ediləcək palladium fyuçersinin qiyməti bir troya unsiyası üçün 1
450 dollar təşkil edib ki, bu da 5,57 faiz azalma deməkdir. 2026-cı
ilin iyul ayında tədarük ediləcək platin fyuçersi isə 5,59 faiz
ucuzlaşaraq bir troya unsiyası üçün 2 074,5 dollara enib.
Eyni zamanda, Comex birjasında 2026-cı ilin iyun ayında tədarük
ediləcək qızılın qiyməti bir troya unsiyası üçün 4 651,6 dollar
olub ki, bu da 1,17 faiz azalma deməkdir. 2026-cı ilin iyul ayında
tədarük ediləcək gümüş fyuçersinin qiyməti isə 6,21 faiz azalaraq
bir troya unsiyası üçün 83,815 dollar təşkil edib.

