Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb

Baş səhifə
Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb

Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb.

“Report” xəbər verir ki, hadisə oktyabrın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Mirməhərrəm oğlu Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə piyada, 1949-cu il təvəllüdlü Şirvan İsmayıl oğlu Ağayevi vurub. 76 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, oktyabrın 16-da yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.