Bələdiyyələrin birləşmə prosesi başa çatdı

Baş səhifə

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.

Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanunu təsdiqləmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.