USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək

Baş səhifə

Bakı. Trend:

Amerika-Azərbaycan Ticarət Palatası (United States-Azerbaijan
Chamber of Commerce, USACC) Palatanın 30 illiyinə həsr olunmuş
ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransını keçirəcək.

Bu barədə Trend
USACC-a istinadən xəbər verir.

Dekabrın 9-da keçirilməsi planlaşdırılan konfransda ABŞ və
Azərbaycanın dövlət rəsmiləri, biznes liderləri, investorlar və
maliyyə sektorunun nümayəndələri iştirak edəcək və iqtisadi
əməkdaşlığın növbəti mərhələsi müzakirə olunacaq.




30 illiyini qeyd edən USACC bu tədbiri əldə olunan nailiyyətləri
ümumiləşdirmək, mövcud tendensiyaları qiymətləndirmək və ikitərəfli
ticarət, investisiya və innovasiyaların gücləndirilməsinə yönəlmiş
gələcəyə baxış gündəliyini formalaşdırmaq üçün vaxtında yaranmış
bir imkan kimi dəyərləndirir.

1995-ci ildə yaradıldığı vaxtdan USACC iki ölkə arasında
kommersiya, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün aparıcı
platforma rolunu oynayır.

Otuz illik fəaliyyəti ərzində USACC dövlət və özəl sektorlar
arasında dialoqun təşviqində, ticarətin stimullaşdırılmasında,
biznesin şaxələndirilməsində və ABŞ ilə Azərbaycan arasında
iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.