Fransa parlamenti Sebastyan Lekornyunun hökumətinə qarşı etimadsızlıq qətnaməsini rədd edib.
“Report” xəbər verir ki, bu barədə “France 24” televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, “Əyilməyən Fransa” tərəfindən təqdim edilmiş hökumətə etimadsızlıq səsverməsi haqqında qətnamə layihəsi müzakirə edilib.
Qətnamənin qəbul edilməsi üçün 289 səs tələb olunur, lakin layihəni 271 deputat dəstəkləyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

