AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

Baş səhifə

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.