Vamiq Məmmədəliyev
Ramiz Quliyev çox böyük sənətkar idi, onun ifasını ilk toxunuşdan başa düşmək olurdu.
“Report” xəbər verir ki, bunu Xalq artisti Ramiz Quliyevlə vida mərasimində Xalq artisti Vamiq Məmmədəliyev deyib.
Xalq artisti onunla uzun müddət bir yerdə işlədiyini vurğulayıb.
“Yaxşı öyrətmə qabiliyəti vardı. Azərbaycan muğamını dərindən bilirdi, onun ifasını ilk toxunuşdan başa düşmək olurdu. Yüksək müşayiət qabiliyyətinə malik idi”, – o əlavə edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

