Azərbaycanda yaxın 4 ildə dövlət müəssisələrindən alınan dividentlər azalacaq

Baş səhifə
Azərbaycanda yaxın 4 ildə dövlət müəssisələrindən alınan dividentlər azalacaq

2025-ci ilin sonuna səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərin 612,23 milyon manat olacağı gözlənilir.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin faktiki göstəricisi ilə müqayisədə 6 % çoxdur.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərin məbləğinin 2026-cı ildə 600 milyon manat (2024-cü ilin faktiki göstəricisi isə müqayisədə 3,8 % çox), 2027-ci ildə 584 milyon manat (1,1 % çox), 2028-ci ildə 569 milyon manat (1,5 % az), 2029-cu ildə isə 447,1 milyon manat (22,6 % az) təşkil edəcəyi proqnozlaşdırılır.