
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar
Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
153,181 milyon manata bərabər olub.
Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
4,9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə
əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə real ifadədə 9,1% artaraq 10,56 milyard manat
olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 7,943 milyard manatlıq
xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2
faizini təşkil edib.

