
Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri doktor Günter Sautter ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
O qeyd edib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:
“Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

